Xəbər lenti

Kiçik ada dövləti 85-dən çox ölkəyə vizasız giriş imkanı verən
Dünya 11:32 07.08.2026

Kiçik ada dövləti 85-dən çox ölkəyə vizasız giriş imkanı verən "qızıl pasport" təklif edir

Sakit okeanda yerləşən kiçik ada dövləti Nauru xarici vətəndaşlara maliyyə yatırımı müqabilində ölkə vətəndaşlığı almağa imkan verən "investisiya qarşılığında vətəndaşlıq" proqramını işə salıb. 

Qaynarinfo "Business Insider Africa"ya istinadən xəbər verir ki, bu ölkənin pasportu sahibinə 85-dən çox ölkəyə vizasız və ya sərhəddə viza almaqla səfər etmək imkanı verir.

Bildirilir ki, Nauru dəniz səviyyəsinin yüksəlməsi problemi ilə üz-üzədir. Məhz bu problemin həlli üçün "investisiya qarşılığında vətəndaşlıq" proqramı yaradılıb.

Proqram ötən ilin əvvəlində ölkənin genişmiqyaslı köçürülmə planını maliyyələşdirmək məqsədilə istifadəyə verilib. Həmin plana əsasən, ailələrin və infrastrukturun təxminən 90 faizinin daha hündür ərazilərə köçürülməsi nəzərdə tutulur.

Proqram çərçivəsində dörd mərhələli yoxlama prosesindən uğurla keçən namizədlər hər bir əsas müraciətçi üçün 90 min ABŞ dolları məbləğində ödəniş etməklə "Nauru" vətəndaşlığını əldə edə bilirlər. Hazırda məhdud müddət üçün standart 115 min dollarlıq rüsum əvəzinə endirimli tarif tətbiq olunur.

Ölkə hakimiyyəti vurğulayır ki, vətəndaşlıq əldə etmək Nauruda torpaq almaq hüququ vermir. Torpaq mülkiyyəti ilə bağlı mövcud məhdudiyyətlər qüvvədə qalır.

Müraciət təsdiqlənməzdən əvvəl namizədlər ətraflı təhlükəsizlik və keçmiş fəaliyyət yoxlamasından keçməlidirlər. Rəsmilərin sözlərinə görə, bu prosedur proqramın etibarlılığını və şəffaflığını qorumaq məqsədi daşıyır.

Nəşrin məlumatına əsasən, Nauru hakimiyyəti müraciətçilərin yoxlanılması ilə bağlı ciddi qaydalar tətbiq edib. Bundan əlavə, ağır cinayət törətdiyi müəyyən edilən şəxslər sonradan vətəndaşlıqdan məhrum edilə bilərlər.

Aydın

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->