ABŞ-ın keçmiş prezidentləri Corc Buş (kiçik) və Bill Klintonun portretləri Ağ Evin Böyük Foyesindən çıxarılıb.
Qaynarinfo xəbər verir ki, bu haqda CNN-in yaydığı məlumatda deyilir. Portretləri kiçik bir otağa - köhnə Ailə yemək otağına aparıblar.
Telekanalın qeyd etdiyi kimi, bunların əvəzinə bir əsrdən çox əvvəl dövlət başçısı postunu tutmuş iki respublika prezidentinin - Vilyam McKinli (kiçik) və Teodor Ruzveltin portretləri onların yerinə asılıb.
Ənənəyə görə, Amerikanın sonuncu prezidentlərinin portretləri binanın girişində çox görünən bir yerdə yerləşdirilməlidir ki, qonaqlar rəsmi tədbirlərdə onları görsünlər. Köhnə Ailə Yemək otağında çox nadir halda Ağ Evin qonaqları olur.
Alpər