Xəbər lenti

"Kiçik partiyalar bir təşkilatda birləşəcək" - Novella Cəfəroğlu
Siyasət11:28 05.11.2022

"Kiçik partiyalar bir təşkilatda birləşəcək" - Novella Cəfəroğlu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Kiçik partiyalar birləşib, böyük bir partiyaya çevriləcəklər”. 
Bunu Qaynarinfo-ya açıqlamasında hüquq müdafiəçisi Novella Cəfəroğlu "Siyasi partiyalar haqqında” qanun layihəsindən danışarkən deyib. O bildirib ki, bunun üçün partiya rəhbərləri öz aralarında anlaşmalıdır:
"Bu məsələ qanuna salınmayıb. Amma partiya sədrləri özləri qərar verməlidir. İstəsələr birləşəcəklər, istəməsələr də dağılacaqlar”. 
Novella Cəfəroğlunun sozlərinə görə, müzakirədə əsas diqqət çəkən məqam üzvlərin sayının 10 mindən çox olması idi: "Bu günə kimi "Siyasi partiyalar haqqında”qanun müzakirə olununada deyirdilər ki, partiyaların fəaliyyəti üçün 10 min üzv olmalıdır. Parlamentdə aparılan müzakirədə isə təklif edildi ki, üzvlərini sayı artırılsın, 10 mindən yuxarı olsun. Bundan əlavə partiya təsis olunanda tələb olunan 2 min adam sayı da aşağı endirilsin”. 
Bahar Rüstəmli