Xəbər lenti

Kikboksçumuz ABŞ-da finala çıxdı
İdman 12:46 14.07.2022

Kikboksçumuz ABŞ-da finala çıxdı

Kikboksinq üzrə dünya çempionu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən Ümumdünya Oyunlarında finala çıxıb.

Kikboks Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə +91 kq çəki dərəcəsində mübarizə aparan Bəhram yarımfinala döyüşmədən çıxıb. Belə ki, onun monteneqrolu rəqibi Miroslav Vuyoviç rinqə çıxmayıb.

Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub edərək finala vəsiqə qazanıb.
 
O, sabah finalda Xorvatiya kikboksçusu Anto Şiriçlə qarşılaşacaq.
 
Səbuhi Həsənov

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->