XƏBƏR LENTİ

Şərhlər

Xəbər lenti

Kikboksçumuz ABŞ-da qızıl medal qazandı
İdman05:34 15.07.2022

Kikboksçumuz ABŞ-da qızıl medal qazandı

Azərbaycan kikboksçusu Bəhram Rəcəbzadə ABŞ-ın Birminqem şəhərində keçirilən 11-ci Dünya Oyunlarında qızıl medal qazanıb.
Qaynarinfo xəbər verir ki, 91 kq-dan yuxarı çəki dəcərəsində çıxış edən idmançı finalda xorvatiyalı Anto Şiriçə qalib gəlib - 3:0. 
Rəcəbzadə yarımfinalda ukraynalı Roman Şerbatyuku məğlub etmişdi. Kikboksçunun 1/4 final mərhələsindəki rəqibi monteneqrolu Miroslav Vuyoviç rinqə çıxmayıb. 
Dünya Oyunlarında Azərbaycanın ikinci medalıdır. Daha əvvəl aerodans komandası bürünc medala sahib çıxıb. Azərbaycan hazırda medal əyarına görə 33-cü, medal sayında isə 37-ci pillədə qərarlaşıb. 
Səbuhi Həsənov