Xəbər lenti

Kılıçdaroğlu Gülə vəzifəsini xatırlatdı: Prezident hökuməti köşkə çağırır
Dünya05:29 04.06.2013

Kılıçdaroğlu Gülə vəzifəsini xatırlatdı: Prezident hökuməti köşkə çağırır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə prezidenti Abdullah Gül baş nazirin birinci müavini Bülənt Arıncı iqamətgahına çağırıb.

Qaynar.info xəbər verir ki, ötən gün Türkiyənin ana müxalifət partiyası CHP-nin lideri Kamal Kılıçdaroğlunun tələbi ilə prezident Abdullah Güllə baş tutan görüşün ardından mətbuata brifinq verən partiya sədri "Prezident Abdullah Gülə Nazirlər kabinetini toplama səlahiyyətinin olduğunu xatırlatdım. Bu qarışıqlığa bir son verilməsi lazımdır" deyib. 

Bundan sonra isə Türkiyə prezidenti hökumət səlahiyyətlisini iqamətgahına çağırıb və görüş bu gün baş tutacaq

Qeyd edək ki, baş nazir Mərakeşdə olduğu üçün onun səlahiyyətlərini icra edən birinci müavin  Bülənt Arınc hökuməti təmsil edəcək.

Qaynar.info