Xəbər lenti

Kılıçdaroğlunu o öldürmək istəyib – Başına bir milyon mükafat
Dünya16:02 26.08.2016

Kılıçdaroğlunu o öldürmək istəyib – Başına bir milyon mükafat

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyə Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlunun ölümdən döndüyü hücumu təşkil edən PKK qrupunun başında "Tarık" kod adlı Barış Öner dayanır.

Qaynarinfo.Az publika.az-a istinadən bildirir ki, onun başına 1 milyon lirə (təxminən 350 min dollar) mükafat qoyulub.

Dünən Artvinə getmək istəyən CHP lideri avtomobil karvanının önündə olan əsgərlərin diqqəti sayəsində ölümdən dönüb. Pusqu quran PKK-çılar bir əsgəri şəhid edib, ikisini yaralayıblar. Avtomobil karvanına minaatan mərmisi atmağa hazırlaşan PKK terrorçusu Kılıçdaroğlunun yaxın mühafizəçisi tərəfindən zərərsizləşdirilib.

Hücumu təşkil edən qrupun başında təxminən 20 ildir PKK-da olan və Artvin qeydiyyatlı "Tarık" kod adlı Barış Önerin olduğu deyilir. Başına 1 milyon lirə mükafat qoyulan Önerin adı terrorçuların "yaşıl siyahısı"nda yer alıb.

Qaynarinfo.Az