Xəbər lenti

Kilsədə azan verdilər, ölkə bir-birinə qarışdı
Dünya11:06 21.10.2013

Kilsədə azan verdilər, ölkə bir-birinə qarışdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Almaniyanın Konstanz şəhərində kilsədə oratoriyanın bir hissəsinə azanın əlavə edilməsi təklifi qalmaqala səbəb olub.

Qaynar.info
xəbər verir ki, Karl Yenkins adlı şəxs dinlər arasında dialoq yaratmaq məqsədilə İslam, Xristian, Yəhudi və Buddizm dinlərindən bəhs edən ortaq oratorium hazırlayıb.

"Silahlı adam-sülh ayini" adlı oratoriyumda bir müəzzin azan da oxuyur. Oratoriyum 2000-ci ildən bəri ABŞ və Avropa ölkələrində 1500 dəfə səslənib. İndiyə qədər keçirilən tədbirlərdə azanın oxunması müzakirə olunsa da, problemə çevrilməmişdi.

Almaniyanın "Die Welt" qəzetində yer alan xəbərə görə, Konstanz şəhəri əhalisi oratoriyum səsləndirildikdən sonra "kilsədə azan istəmirik" aksiyası keçiriblər.

Aksiyadan sonra oratoriyumdan azan hissəsi çıxarılıb. Amma bu da 120 nəfərlik xorda etirazlara səbəb olub. Xordakıların əksəriyyəti azansız oratoriyum oxumayacaqlarını bildiriblər.

İndi oratoriyum müəllifi və Konstanz kilsə rəhbərliyi problemin həlli yolunu axtarırlar.

Qaynar.info