
Dünya Pakistanın şimal-qərbində yerləşən Peşəvər şəhərində partlayış baş verib.
Qaynar.info-nun anspress-ə istinadən verdiyi xəbərə görə, terrorçu-kamikadzenin qədim kilsənin yanında özünü partlatması nəticəsində azı 25 nəfər ölüb, 45 nəfər də yaralanıb. Bu barədə Pakistan telekanalları polisə istinadən məlumat verir.
Partlayış bazar günü ayininə gələn dindarlar kilsədən çıxarkən törədilib.
Peşəvərdə kilsəyə hücuma görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.
Qaynar.info