Xəbər lenti

Kilsədə silahlı ayin (FOTOLAR)
Dünya08:43 02.03.2018

Kilsədə silahlı ayin (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın Pensilvaniya ştatında yerləşən kilsədə silahlı ayin təşkil edilib.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, ötən həftələrdə Floridada məktəbə silahlı hücum edilmiş, nəticədə 17 nəfər dünyasını dəyişmişdi. Hadisədən sonra ABŞ prezidenti Donald Tramp müəllimlərə silah verilməsi təklifini irəli sürdü. Nikah andını təzələmək üçün yığışın bir qrup şəxs kilsədə silahlardan və mərmilərdən hazırlanmış taclardan istifadə edərək qərara dəstəklərini nümayiş etdiriblər. Ayin zamanı insanlar və din xadimləri əllərində ABŞ-da məktəblərə təşkil edilən silahlı hücumda ən çox istifadə olunan AR-15 silahını tutublar. 
250 cütlüyün iştirak etdiyi dini tədbir zamanı kilsənin yaradıcısı Sun Myung Moon çıxış edərək Trampın təklifinə dəstəklərini dilə gətirib.
Ölkədə bu hadisə böyük səs-küyə səbəb olub. Silahdan istifadənin genişləndirilməsi əleyhinə olan şəxslər silahı qətliam adlandıraraq özlərini müdafiə üçün belə bir şeyə ehtiyac olmadığını qeyd ediblər.
Gülşən