Xəbər lenti

Kim Çen In Koreya yarımadasında nüvə müharibəsi xəbərdarlığı etdi
Dünya 08:32 29.08.2023

Kim Çen In Koreya yarımadasında nüvə müharibəsi xəbərdarlığı etdi

Şimali Koreya rəhbəri Kim Çen In ölkə donanmasının komandanlığına səfəri zamanı deyib ki, ABŞ, Yaponiya və Cənubi Koreya öz qarşıdurma hərəkətləri ilə Koreya yarımadası ətrafındakı regionda sabitliyi pozur və nüvə müharibəsi təhlükəsini artırırlar.

Qaynarinfo xəbər verir ki, bu barədə Koreyanın Pxenyan Mərkəzi Teleqraf Agentliyi (KCNA) məlumat yayıb.

Şimali Koreya lideri ABŞ, Yaponiya və Cənubi Koreyanın başçılarını "quldur dəstələrinin liderləri” adlandırıb və onları Koreya yarımadası ətrafındakı suları dünyanın ən böyük hərbi texnika konsentrasiyasına çevirən ehtiyatsız qarşıdurma manevrlərində ittiham edib. Onun fikrincə, yarımada hazırda risk altında olan ən qeyri-sabit su ərazisidir və nüvə müharibəsi təhlükəsi var.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->