Xəbər lenti

Kim Çen In qızını Hərbi Hava Qüvvələri bazasına apardı
Dünya 13:04 01.12.2023

Kim Çen In qızını Hərbi Hava Qüvvələri bazasına apardı

Şimali Koreya lideri Kim Çen In Aviasiya Gününün qeyd olunması fonunda Hərbi Hava Qüvvələrinin bölmələrindən birinə baş çəkib. 

Qaynarinfo KCNA agentliyinə istinadən xəbər verir ki, ölkə başçısı bazaya 10 yaşlı qızı Kim Ju E ilə birlikdə gəlib.

"Hörmətli yoldaş Kim Çen In Aviasiya Gününü qeyd etmək üçün Silahlı Qüvvələrin, o cümlədən aviatorların, bölmələrin qırıcılarının və əsas hərbi hava qüvvələri komandirlərinin tarixinə düşəcək ölməz rəsmlər qoyaraq, Xalq Hərbi Hava Qüvvələrinin parlaq gələcəyinə ürəkdən xeyir-dua verdi", deyə agentlik yazır.

KCNA qeyd edir ki, Kim Çen In Şimali Koreya Hərbi Hava Qüvvələri bölməsinə səfəri zamanı ölkə pilotlarını şəxsən təbrik edib, döyüş təyyarələrinin uçuşunu izləyib, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələri komandalarının qarşılaşdığı voleybol matçına baxıb. 

Agentlik vurğulayır ki, dövlət başçısı bayram münasibətilə ölkənin Hərbi Hava Qüvvələrinin rəhbərliyinin də iştirak etdiyi ziyafətdə də iştirak edib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->