Xəbər lenti

Kim Çen In tədarükü sanksiyalarla qadağan olan avtomobil aldı
Dünya 17:02 11.12.2023

Kim Çen In tədarükü sanksiyalarla qadağan olan avtomobil aldı

Şimali Koreya lideri Kim Çen In "Maybach” markalı avtomobil alıb, baxmayaraq ki, onun respublikaya tədarükü sanksiyalarla qadağandır. 
 
Qaynarinfo xəbər verir ki, bu barədə Cənubi Koreyanın SBS yayım şirkəti məlumat yayıb.

Nəşrin məlumatına görə, dekabrda Pxenyanda keçirilən milli analar qurultayından çəkilmiş videoda avtomobilin arxa qapısının arxasında "Maybax", baqajda isə S650 işarəsinin olması diqqət çəkir. SBS xəbər verir ki, görünür, söhbət 2019-cu ildə buraxılan "Benz Maybach"dan gedir.

Kim Çen Inın sentyabrda Rusiyaya səfəri zamanı köhnə avtomobildən istifadə etdiyi dəqiqləşdirilir. SBS bundan belə nəticəyə gəlir ki, Şimali Koreya lideri avtomobili oktyabr və ya noyabrda dəyişib. "Maybach"ın Şimali Koreyaya lüks mal kimi tədarükü BMT Təhlükəsizlik Şurasının qərarı ilə qadağan edilib.

Sentyabr ayında Şimali Koreya lideri Kim Çen In Rusiyaya beş günlük səfər edib. O, Rusiya prezidenti Vladimir Putinlə görüş keçirib, onların danışıqları 4 saata yaxın davam edib. Qayıdandan sonra Kim Çen In Rusiya ilə münasibətləri gücləndirmək üçün tədbirlər görməyə göstəriş verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->