Xəbər lenti

Kim Çen ordunun əsas generalını dəyişdi və müharibəyə hazırlaşmağa çağırdı
Dünya11:46 10.08.2023

Kim Çen ordunun əsas generalını dəyişdi və müharibəyə hazırlaşmağa çağırdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya lideri Kim Çen In ordunun baş generalını dəyişib və ölkənin düşmənləri ilə mümkün müharibəyə intensiv hazırlıq görməyə çağırıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Reuters, Şimali Koreyanın dövlət xəbər agentliyi KCNA-ya istinadən yazır. 
Təxminən 7 aya yaxın bu vəzifəni icra edən ölkənin yüksək səviyyəli generalı, Baş Qərargah rəisi Pak Su İl heç bir izahat verilmədən vəzifəsindən kənarlaşdırılıb. 
Kim Çen In Mərkəzi Hərbi Komissiyanın iclasında həmçinin silah istehsalının artırılması və hərbi təlimlərin genişləndirilməsini tələb edib. Keçən həftə o, silah zavodlarına baş çəkib və orada daha çox raket mühərrikləri, artilleriya və digər silahların istehsalına çağırıb.
Agentliyin məlumatına görə, Şimali Koreya sentyabrın 9-da Respublikanın yaranmasının 75-ci ildönümü münasibətilə hərbi parad keçirmək niyyətindədir.
Avqustun 21-dən 24-dək ABŞ və Cənubi Koreya Şimali Koreyanın təhlükəsizliyinə təhdid hesab etdiyi hərbi təlimlər keçirməyi planlaşdırır.
Nizami Bağırov