Şimali Koreya lideri Kim Çen In Cənubi Koreya prezidenti Mun Çey İnə məktub göndərib.
Qaynarinfo xəbər verir ki, məktubda Kim bu il Seula səfər edə bilmədiyi üçün təəssüf hissi keçirdiyini dilə gətirib və 2019-cu ildə daha çox görüş keçirməyi təklif edib.
Qeyd edək ki, ötən günlərdə iki ölkə arasında dəmiryolu və quru yolu tikintisinin təməlatma mərasimi keçirilib.
Kim Çen In və Mun Çey İn ilk dəfə bu ilin aprel ayında görüşüblər. Tərəflər sentyabrda 2-ci dəfə bir araya gəlib.
Gülşən