Xəbər lenti

Kim Çen haqda xəbər bu dəfə Cənubi Koreya kəşfiyyatından gəldi
Dünya08:49 29.04.2020

Kim Çen haqda xəbər bu dəfə Cənubi Koreya kəşfiyyatından gəldi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Cənubi Koreyanın silahlı qüvvələrinin rəhbərləri və milli kəşfiyyat hesab edir ki, KXDR lideri Kim Çen In səhhətindəki problemlərə dair xəbərlərə baxmayaraq, həmişə olduğu kimi ictimai işlərlə məşğuldur. 
Qaynarinfo xəbər verir ki, bu barədə "Yonhap” öz mənbələrinə istinadən məlumat yayıb.
Birgə qərargah rəisləri və kəşfiyyat qurumları bunu Milli Məclisin müdafiə komitəsinin bəzi qanunvericilərinin Kim Çen Inın səhhəti ilə bağlı suallarına cavab olaraq bildirib.
Qeyd edək ki, bu yaxınlarda KXDR dövlət mediası ölkə rəhbərinin fəaliyyəti, xüsusən diplomatik məktublar göndərməsi və fəxri vətəndaşlara hədiyyələr verməsi barədə məlumat yaymışdı. Ancaq Şimali Koreya liderinin yeni fotoları hələ də yayımlanmayıb. 
Alpər