Xəbər lenti

Kim Çen In ölkənin Yeni ilini yazılı şəkildə təbrik etdi
Dünya11:27 01.01.2021

Kim Çen In ölkənin Yeni ilini yazılı şəkildə təbrik etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya lideri Kim çen In KXDR vətəndaşlarını ənənəvi Yeni il çıxışı əvəzinə əlyazma məktubla təbrik edib.
Qaynarinfo xəbər verir ki, bu haqda Cənubi Koreya mediası məlumat yayıb. 
"Ölkə daxilindəki bütün ailələrə ürəkdən sevdiklərinizlə daha çox xoşbəxtlik, can sağlığı arzulayıram. Yeni ildə xalqımızın idealları və istəklərinin gerçəkləşəcəyi yeni bir dövrün daha erkən başlaması üçün çox çalışacağam", - Koreya Mərkəzi Teleqraf Agentliyinin yaydığı məktubda deyilir. 
"Çətin anlarda da partiyamıza davamlı olaraq inandıqları və dəstək olduqları üçün insanlara təşəkkür edirəm. Bir daha and içirəm ki, həmişə böyük əcdadlarımıza sadiq qalacağam", - o əlavə edib.
Alpər