Xəbər lenti

Kim Çen In sualtı qayıqdan raket atdı
Dünya18:50 23.04.2016

Kim Çen In sualtı qayıqdan raket atdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Seul Pxenyanın yeni nüvə sınaqlarına hazırlaşmasından qorxur.
Koreya Xalq Demokratik Respublikası növbəti dəfə sualtı gəmidən ballistik raketin sınağını keçirib. ANS PRESS-in məlumatına görə, bu barədə Koreya müdafiə nazirliyi xəbər verib.
Sınaq Yapon dənizində Sinpxon limanının yaxınlığında keçirilib.
Sınaq Yapon dənizində - Şimali Koreyanın Sinpxon limanının yaxınlığında keçirilib. Raketin işə salınmasının müvəffəqiyyətlə keçdiyi və ya harda yerə endiyi haqda xəbər verilmir.
Hadisə Cənubi Koreya Müdafiə Nazirliyini də narahat edib. Nazirlik hərbçilərinin Koreya Xalq Demokratik Respublikasının hərəkətlərini izlədiyini bildirib. Həmçinin, Cənubi Koreya raket sınağının müvəffəqiyyətlə keçdiyi, raketin hansı məsafəyə uçduğu və hara düşdüyünə əmin deyil.
Həftənin əvvəli Seul artıq xəbərdarlıq edirdi ki, Şimali Koreya yeni nüvə sınaqlarına hazırlaşır. Yanvar ayında Koreya Xalq Demokratik Respublikası həyata keçirilən sınaq atışının müvəffəqiyyətlə keçdiyini bildirib. Bu ölkəyə qarşı yeni sanksiyaların tətbiqi üçün əsas səbəb olub.
Bundan əvvəl də Koreya Xalq Demokratik Respublikası bir neçə dəfə ballistik raketin sınağını keçirmişdi. Lakin sınaqlar uğursuz nəticələnmişdi.
Sonuncu dəfə raket sınaqları dekabrın 21-də təlimlər zamanı həyata keçirilib. Dövlət televiziyasında nümayiş etdirilən videoda raketin göyə qalxması görünür. Digər bir kadrda isə raketin bulud qatına qalxdığı və işıqsaçan nöqtəyə çevrildiyini görmək olar. Videoda Şimali Koreya lideri Kim Çen Inın paltoda və şlyapada raket sınağını izlədiyi görünür.
Həmin vaxt həyata keçirilən sınaq ekspertlər tərəfindən uğursuz hesab edilsə də, Şimali Koreya hökuməti bunu qəbul etmirdi. O zaman yayılan videokadrların dəqiq tarixi açıqlanmamışdı. Amma ABŞ-ın “Washington Free Beacon” nəşri dekabrın 21-də sualtı gəmidən raket buraxılışının həyata keçirildiyi barədə xəbər yaymışdı. Dekabrın 21-də keçirilən sınaq atışıda Yapon dənizində Sinpxon limanında keçirilib.
Martın 10-da Şimali Koreya iki ortamənzilli ballistik raketi sınaqdan keçirib. Yapon dənizi istiqamətində atılan raketlər 500 kilometr məsafə qət etdikdən sonra dənizə düşüb. Həmin gündən iki ölkə arasında bağlanan bütün iqtisadi əməkdaşlıq müqavilələri ləğv edilib. Martın 9-da isə ölkə lideri Kim Çen In ballistik raketlər üçün kiçik nüvə başlıqlarının istehsalına başladıqlarını bəyan edib.
Bundan əvvəl isə Şimali Koreya Yapon dənzinə 6 ballistik raket atmışdı. Hidrogen bombasının sınağından sonra, nüvə sahəsindəki fəaliyyətini inkişaf etdirdiyini açıqlayan Pxenyana qarşı, BMT son 20 ilin ən sərt sanksiyalarını tətbiq edir.
Qaynarinfo.az