Xəbər lenti

Kim Çen In və Tramp görüşəcək
Dünya05:50 09.03.2018

Kim Çen In və Tramp görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya lideri Kim Çen In və ABŞ prezidenti Donald Tramp may ayında bir araya gələcək.
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, Kim Çen In tərəfindən irəli sürülən təklifi Donald Tramp qəbul edib. Bu barədə Cənubi Koreya Milli Təhlükəsizlik katibi Çanq Yyu Yonq Vaşinqtonda təşkil edilmiş mətbuat konfransında məlumat verib. Konfransda çıxış edən katib Şimali Koreyadan göndərilən məktubu prezident Trampa verdiyini və bu ölkənin raket sınaqlarına ara verərək nüvə silahlarından imtinaya müsbət yanaşdığını bildirib.
Ağ Evin sözçüsü Sara Sanders bu informasiyanı təsdiq edərək 2 ölkə liderinin görüşə hazırlaşdıqlarını vurğulayıb.
Qeyd edək ki, ötən il Şimali Koreyanın raket sınaqları səbəbilə 2 ölkə arasında gərginlik artmış, müharibə təhlükəsi yaranmışdı.
Gülşən