Şimali Koreya lideri Kim Çen Inın bənzəri avstraliyalı komediyaçı Hovard X Vyetnamdan deportasiya edilib.
Qaynarinfo xəbər verir ki, komediyaçı Vyetnamın paytaxtı Hanoyda yerləşən hava limanında jurnalistlərin suallarını cavablandırıb və Şimali Koreyanı tənqid edib:
"Şimali Koreyalıların yumor anlayışı yoxdur. Yumor, diktatorluğa qarşı ən güclü silahdır".
Hovard X-dən fərqli olaraq ABŞ prezidenti Donald Trampın bənzəri Rasl Vaytın ölkədə qalmasına icazə verilib.
Qeyd edək ki, Donald Tramp və Kim Çen In 27-28 fevralda Hanoyda görüşəcək. Tərəflərin ilk görüşü 12 iyun 2018-ci ildə Sinqapurda görüşmüşdü. Həmin dövrdə Hovard X Sinqapurdan da qovulmuşdu.