Xəbər lenti

Kim Çen Inın qardaşının digər qatili də azadlığa çıxdı
Dünya06:19 03.05.2019

Kim Çen Inın qardaşının digər qatili də azadlığa çıxdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
KXDR lideri Kim Çen Inın qardaşı Kim Çen Namın qətlində ittiham edilən digər məhkum vyetnamlı Doan Thi Huong azadlığa çıxıb.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, ötən aylarda isə digər məhkum indoneziyalı Siti Ayişə azad edilmişdi. 
Qeyd edək ki, hər iki şəxs 2017-ci ilin fevral ayında Malayziyanın Kuala Lumpur Hava Limanında Kim Çen Namın ölümünə səbəb olan TV zarafatının iştirakçısı olub. Qadınlar məhkəmədə zarafatda istifadə edilən sinir maddəsindən xəbərsiz olduqlarını və aldadıldıqlarını iddia ediblər.
Gülşən