Xəbər lenti

Kim Çen Inın yaxın adamı ABŞ-da: baş katiblə görüşəcək
Dünya10:40 30.05.2018

Kim Çen Inın yaxın adamı ABŞ-da: baş katiblə görüşəcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Şimali Koreya rəhbəri Kim Çen Inın yaxın adamı, İşçi Partiyası Mərkəzi Komitəsinin sədr köməkçisi Kim Yonq Çol ABŞ-da səfərdədir.
Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, Çol ötən gün Çindən yola düşmüşdü. Onun ABŞ baş katibi Mayk Pompeo ilə görüşü gözlənilir. Xəbər prezident Donald Tramp tərəfindən də təsdiqlənib. Tərəflər 12 iyunda keçirilməsi planlaşdırılan Tram-Kim görüşünü müzakirə edəcək.
Qeyd edək ki, görüş bir müddət əvvəl Tramp tərəfindən təxirə salınmışdı. Lakin Şimali Koreyanın zirvənin baş tutmasını arzu etdiyini dilə gətirməsi iki ölkə arasında danışıqların davam etdirilməsi ilə nəticələndi.
Gülşən