ABŞ və Şimali Koreya arasında baş tutacaq tarixi zirvənin ləğv edilməməsi üçün rəsmi Vaşinqton bombardmançı təyyarələrinin istiqamətini dəyişdirib.
Qaynarinfo xəbər verir ki, buna səbəb Şimali Koreya lideri Kim Çen Inın ABŞ və Cənubi Koreyanın birgə hərbi təlim keçirməsinə əsəbiləşərək, Seul ilə görüşləri dayandırması olub.
Kim həmçinin iyunun 12-də Sinqapurda ABŞ prezidenti Donald Trampla keçiriləcək görüşün də ləğv edilə biləcəyini qeyd edib.
CNN İnternational-ın məlumatına görə, ABŞ, Yaponiya və Cənubi Koreya arasında razılaşma əldə olunub və ən azı 2 nüvə raketi daşıya bilən B-52 təyyarələrin zirvə baş tutana qədər Koreya yarımadası üzərindən uçmayacağı bildilib.