Xəbər lenti

Kimlər “Brand Of Azerbaijan Awards”a layiq görüləcək?
Ölkə17:49 13.03.2019

Kimlər “Brand Of Azerbaijan Awards”a layiq görüləcək?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanda "Brand Of Azerbaijan Awards” mükafatlandırma mərasimi keçiriləcək.
Qaynarinfo xəbər verir ki, "Brand Of Azerbaijan Awards” "Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyasiyası”nın təşkilatçılığı ilə təsis olunub.
Təşkilat komitəsində müxtəlif sahələrdə fəaliyyət göstərən qrumların da olduğu bildirilir. Belə ki, komitədə "Mədəniyyət və Turizmə Dəstək Gənclər Koalisiyası”, "Show Magazine” Jurnalı, "Turizm Xəbərləri” Qəzeti, "Tonika Group” "Show Production” və s. təmsil olunur.
Bildirilir ki, mükafatın təsis olunmasında məqsəd hər il öz fəaliyyət sahəsində fərqlənən Siyasətçiləri, Millət Vəkillərini, İcra Hakimiyyətlərini, Nazirlikləri və digər Dövlət Qrumlarını, KİV nümayəndələrini, Holdinq və Şirkətləri, İş Adamlarını, Təhsil və Səhiyyə ocaqlarını, Mədəniyyət və incəsənət nümayəndələrini və s. sorğu və monitorinqlər nəticəsində müəyyən etmək və onları ictimaiyyətə tanıtdırmaqla fəaliyyətlərini qiymətləndirməkdir. Eyni zamanda, onlara "Brand Of Azerbaijan Awards” Mükafatını təqdim etməklə gələcəkdə bu istiqamətdə əməli fəaliyyətlərini daha da stimullaşdırmaq və onların hər zaman ictimaiyyətin diqqət mərkəzində olmasını vurğulamaqdır.
Qeyd edək ki, mükafatlandırma tədbiri bu ilin may ayında Respublika günü ərəfəsində təşkil olunacaq. Mükafatlar sorğulara əsasən təqdim olunacaq, sorğularda iştirak etmək üçün isə təşkilat komitəsinin sosial şəbəkələrdəki səhifələrinə qoşulularaq (@brandofazerbaijanawards) rəy bildirməklə iştirak etmək olar!
Qeyd edək ki, tədbirin informasiya dəstəyi Yenigundem.az saytıdır.