
ABŞ-ın Qərbi Virciniya ştatında Airgas kompaniyasına məxsus kimya zavodunda güclü partlayış baş verib.
Qaynar.info-nun məlumatına görə, partlayışdan sonra başlayan yanğın dərhal söndürülüb.
Hadisə zamanı zavodun iki işçisi yaralanıb. Yaxınlıqda yaşayan əhali evakuasiya olunub.
Qeyd edək ki, Airgas kompaniyası ABŞ-ın ən böyük kimyəvi məhsullar və sənayə qazı istehsal edən zavod hesab olunur.
Qaynar.info