
Suriyanın kimyəvi silah proqramının keçmiş mütəxəssisi general Zahir əl Sakat Bəşər Əsəd rejiminin ən azı 34 dəfə kimyəvi silahdan istifadə etdiyini deyib.
Qaynar.info xəbər verir ki, müxalifətin tərəfinə keçdikdən sonra "Daily Telegraph"a açıqlama verən Sakat kimyəvi silah əmrinin birbaşa Əsəd tərəfindən verildiyini söyləyib.
Keçmiş general bildirib ki, üsyanın ilk dəfə başladığı Dera şəhərində 5-ci orduda xidmət etdiyi vaxt ondan 3 dəfə kimyəvi silahdan istifadə etməsini istəyiblər. Bu silahlardan istifadə etməmək üçün başlıqlara zəhərli maddə yerinə yuyucu toz yerləşdirdiyini deyən general bununla yüzlərlə uşağın həyatını xilas etdiyini söyləyib.
Qaynar.info