Xəbər lenti

Kinoloqdan tövsiyə: küçə itlərindən necə qorunmalı?
Dünya10:39 01.12.2019

Kinoloqdan tövsiyə: küçə itlərindən necə qorunmalı?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
İtlərin hücumundan necə qorunmalı və hücum zamanı özünü necə qorumalı?
Qaynarinfo xəbər verir ki, bu haqda Rusiya və beynəlxalq kinoloqlar ittifaqının prezidenti Vladimir Urajevski məlumat verib.
Mütəxəssisin fikrincə, etməməli olduğunuz ilk şey heyvanı təhrik etmək və gecə saatlarında sənaye zonalarında gəzməməkdir. Əgər it hər bir halda hücum edərsə, o zaman yaxşısı divara söykənmək və daha böyük görünməyə çalışmaqdır: daha yüksəyə qalxmaq və ya əlinizə bir şey götürüb başınızın üstünə qaldırmaqla...
"Onların gözləri çox zəifdir. Hər şeyi qara və ağ rəngdə, üstəlik də çox pis görürlər”, kinoloq deyib.
Yeri gəlmişkən, başınızın üstünə qaldırdığınız cismi xüsusən də itlər sürüylə olduğu halda qətiyyən sərt hərəkət etdirmək olmaz. Urajevski deyib ki, belə halda erkək it öz dişilərini qorumaq üçün mütləq hücuma keçəcək. 
Kinoloq hansısa qoxulu əşyadan istifadə etməyi də məsləhət bilib: məsələn, lak, odekolon, ətir, sprey qutusu.
"Bir qayda olaraq, heyvanlar özləri hücum etmirlər. O, ya yaralı, ya da xəstə bir heyvan ola bilər ki, bu da çox nadir hallarda olur", - mütəxəssis deyib və itin dişləməsi halında mütləq həkimə müraciət etməyi tövsiyə edib. 
Alpər