Xəbər lenti

Kipr öz ərazisi vasitəsilə İsraildən əcnəbilərin təxliyəsinə icazə verdi
Dünya09:59 10.10.2023

Kipr öz ərazisi vasitəsilə İsraildən əcnəbilərin təxliyəsinə icazə verdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kipr hakimiyyəti İsraildən təxliyə edilən əcnəbi vətəndaşlara öz ərazilərindən keçməyə icazə verib. 
Qaynarinfo xəbər verir ki, müvafiq qərar bu gün, oktyabrın 10-da xarici işlər, müdafiə, daxili işlər və ədliyyə nazirlərinin iştirakı ilə keçirilən müşavirənin yekunları üzrə qəbul edilib. 
"Nazirlər qrupu böhran zonasından əcnəbi vətəndaşların Kipr Respublikası ərazisindən keçməklə qəbulu və repatriasiyası üçün xüsusi milli planı işə salmaq qərarına gəlib. Bu kontekstdə Kipr Respublikası xarici vətəndaşların Kipr vasitəsilə İsraildən repatriasiyası üçün imkanlar təmin etmək niyyətindədir”, - Kipr Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Qeyd edək ki, oktyabrın 7-də HƏMAS yaraqlıları Qəzza zolağından İsrailə daxil olublar. Əvvəlcə onlar bir sıra yaşayış məntəqələrini ələ keçirə biliblər, lakin axşama yaxın İsrail hərbçiləri ərazinin əksər hissəsinə nəzarəti bərpa edib və hərbi obyektlərə və HƏMAS qərargahına cavab zərbələri endirib. Vaxt keçdikcə İsrail Qəzza zolağı ilə cənub sərhədinə tam nəzarətin bərpa olunduğunu elan edib.
İsrail "müharibə vəziyyəti” elan edib və "Dəmir qılınclar” antiterror əməliyyatına başlayıb.
Nizami Bağırov