
Kiprdə təhsil alan azərbaycanlı tələbələr orada yaşayan əhaliyə Xocalı soyqırımı ilə bağlı məlumatları çatdırmağa çalışırlar.
Bu istiqamətdə təşkil olunan tədbirlərdən biri kimi Kiprdə təhsil alan tələbələr “Xocalıya ədalət!” adlı videoçarx hazırlayıblar.
Bununla bağlı Qaynar.info-ya məlumat verən Şimali Kiprdə fəaliyyət göstərən Doğu Akdeniz Universitetinin tələbəsi Rəşad Bədirli bildirib ki, bu videoçarxın hazırlanmasında məqsəd gələcək nəsillərə bu faciəni çatdırmaqdır: “Çünki tarixi videoya və ya şəkilə köçürməsən məhv olar. Ona görədə mənim və digər azərbaycanlı tələbə yoldaşım Vahab Dadaşlının təşəbbüsü ilə Xocalı soyqırımına aid videocarx hazırladıq".
Qaynar.info