
Amerikalı milyarder Çak Fini "Duty Free" şirkətinin sahibidir. 81 yaşi var, 7.5 milyard dollarlıq sərvətə sahibdir. Buna baxmayaraq şəxsi avtomobili yoxdur, səfər "ekonom klas"la səyahət edir, kirayə evdə yaşayır.
Çak Fini 15 dollarlıq saat taxır ve əzik köynəydə gəzir. Öz vətənində onu adi bir turist kimi qəbul edirlər. O, çox dəbli restoranları sevmir, adi kafelerde yemək yeyir, metro ve taksidən istifadə edir. Onu xəsis bir insan adlandırmaq olar, lakin 30 il ərzində xeyriyyə işlərinə 6 milyard dollardan çox vəsait xərcləyib. Həmin vəsaitlər təhsilə, səhiyyəyə, elmə, Amerikada, Vyetnamda, Avstraliyada, Cənubi Afrikada, İrlandiyada qocalar evinin saxlanmasına xərclənib.
Məşhur milyarderin məqsədi xeyriyyə işlərini 2016-cı ilə kimi davam etdirməkdi və qalan vəsaitini həmin işlərə xərcləməkdi.
Çak Finini puldan əlavə məşhur olmaq da maraqlandırmır ve heç zaman gözə girmək istəməyib.
O, 15 il ərzində öz xeyriyyə işlərini gizli həyata keçirirdi, lakin sonradan onun xeyriyyə işləri üzə çıxdı. Amma buna baxmayaraq, özünü hər zaman təvazökar aparıb, hətta 2012-ci ilə kimi cəmi 5 müsahibə verib.
Çak Fini qeyri adi bir insandır. Minimal dərəcədən başlayıb , bir neçə ilə 200-dən çox işçi toplayıb.
O özü haqqında belə deyib: "Mən əsl həzzi pullarımı xeyriyyə işlərinə xərcləyəndə alıram və görəndə ki, həmin pullara bir klinika inşa olunur, onda sevinirəm. Pulları hansısa bankın hesabına yatırmaqdansa, onları xeyriyyə işlərinə sərf eləmək daha ağlabatandır".
Məşhur milyarder Bill Qeyts onu nümunəvi və ideal bir insan adlandırıb.
Qaynar.info