Xəbər lenti

Kiriçevski USQ-nin Balakleyanı azad etməsinin əhəmiyyətini izah etdi (VİDEO)
Dünya13:23 07.09.2022

Kiriçevski USQ-nin Balakleyanı azad etməsinin əhəmiyyətini izah etdi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Defence Express”in eksperti İvan Kiriçevski Xarkov vilayətinin Balakleya şəhərində baş verənləri şərh edib.
Qaynarinfo xəbər verir ki, o bu barədə Radio NV-nin efirində danışıb.
"Bir tərəfdən, qoşunlarımızın Balakleyanı azad etməsi barədə heç bir rəsmi təsdiq yoxdur. Digər tərəfdən, sosial şəbəkələrdə əsgərlərimizin yerləşdirdiyi bəzi materiallar göstərir ki, əslində, bizim mexanikləşdirilmiş bölmələrimiz artıq Balakleyadan da irəli gedib və Kupyansk, Volçansk istiqamətində hücum cəhdlərini inkişaf etdirirlər”, - Kiriçevski bildirir.
Ekspert onu da izah edib ki, Balakleyanın əhəmiyyəti heç də rusların orada dayaq məntəqəsinin olmasında deyil:
"Balakleyanı geri qaytarmaq - bu, ilk növbədə, Volçanska hücum üçün yol açır. Volçansk Ukrayna Silahlı Qüvvələrinə qaytarıldıqda, bu, rusların Donbasa maddi-texniki təminatını kəsəcək. Bu vacibdir. Bu, o istiqamətdə də ruslar üçün sursat aclığı vəziyyəti yaradacaq. İkincisi, Kupyansk, Volçansk və İzyuma çatmaq üçün müəyyən vaxt tələb olunarsa, 2022-ci il fevralın 24-dək Ukrayna Silahlı Qüvvələrində olan uzaqmənzilli və HIMARS kimi sistemlər Rusiya hərbi eşelonlarının cəmləşdiyi yerləri məhv edə biləcək”, - Kiriçevski bildirib.
Ekspertin fikrincə, məhz buna görə də, hərbi-siyasi hakimiyyət Balakleyanın azad edildiyini elan etməyə tələsmir:
"Daha çox vaxt qazanmaq, şəhəri mümkün atəşdən qorumaq üçün. Və artıq bundan sonra, düşmənin arxasında partlayışlar təşkil edə biləcək lazımi iri çaplı silahları qabağa çəkmək".
Nizami Bağırov