Xəbər lenti

Kişi intim əlaqədən imtina edən keçmiş arvadını vəhşicəsinə öldürdü - VİDEO
Dünya12:49 29.08.2013

Kişi intim əlaqədən imtina edən keçmiş arvadını vəhşicəsinə öldürdü - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Türkiyənin İzmir şəhərində dəhşətli cinayət baş verib. 

ANS PRESS-in “Milliyyet”ə istinadən verdiyi məlumata görə, 32 yaşlı Selcuk Ö. 8 il əvvəl boşandığı keçmiş həyat yoldaşı 30 yaşlı Gülşah T-yə təcavüz edib. Selcuk Ö. Gülşahın yaşadığı evə gələrək onunla barışmaq istədiyini bildirib. İki övladının da olduğu otaqda keçmiş arvadını yola gətirə bilməyən Selcuk əsəblərinə hakim ola bilməyib. O, arvadını əvvəlcə döyüb, onunla məcburi cinsi əlaqədə olmaq istəyib. Buna imkan verməyən qadına sonda 19 bıçaq zərbəsi endirib. Daha sonra təcavüzkar ər evdən qaçıb.

Qadın ağır yaralı halda xəstəxanaya çatdırılıb. Selcuk isə polis tərəfindən tutularaq məhkəməyə təhvil vedilib.

Qaynar.info