
Hər bir qadın evlilik yaşına çatanda xəyallarınınkişisi ilə qarşılaşmaq istəyir.
Bəs həmin kişi ilə qarşılaşdıqdan sonraevlilik təklifini daha tez almaq üçün necə davranmaq lazımdır?Tabloid.az kişilərin ciddi münasibət qurub evlənmək istədiyi qadıntipləri haqqında məlumatı təqdim edir:
Güclü qadın olun! Öz həyatınız olmalıdır vəöz ayaqlarınız üzərində durmağı bacarmalısınız. Sevdiyi kişiyə görə,sosial həyatından imtina edən qadınlar güclü qadın imici yarada bilməz.Bütün vaxtınızı bir insana xərcləməli deyilsiniz. Yaxın dostlarınıza vəailənizə vaxt ayırın.
İlk addımı siz atmalı deyilsiniz! Əslində, bu, çox müzakirə olunan məsələlərdən biridir. Lakin nəticəeynidir. Buna görə “qaçanın arxasınca düşərlər” məsəlini yaddançıxarmayın. Əgər ilk addımı ataraq ilk görüşü siz təyin etsəniz, sizinləhəqiqətən maraqlandığını və ya fürsətdən istifadə etmək istədiyini heçvaxt öyrənə bilməyəcəksiniz.
Seksual olun!Sevginizin çiçək açdığı ilk günlərində nə çox utancaq olmalı, nə də ki,çox açıq olmasınız. Həddindən ziyadə açıq geyim geyinmək olmaz. Çünki osizi ciddi bir xanım kimi qəbul edə bilməyəcək.
Dəyər verdiyinizi göstərin!Onunla maraqlandığınızı, ona dəyər verdiyinizi sübut etmək üçün bahalıhədiyyələr almaq lazım deyil. Gündəlik işlərdə ona bacardığınız yardımıedin və xoş davranın. Bu kişilər üçün ən böyük hədiyyədir.
Ona dəstək olun! Dostlarının ya rəhbərinin yanında onu tərifləyin, hər zaman dəstək olun. Etdiyi zarafatlara hər zaman gülümsəyin.
Təzyiq göstərməyin!Güclü cinsin nümayəndələrinə təzyiq göstərmək olmaz. Yoxsa onu ən qısazamanda itirməyə hazır olun. Gün ərzində onu axtara və ya gələcəyə dairplanlar qura bilərsiniz. Ancaq bu kimi davranış və hərəkətlər kişininsizdən uzaqlaşmasına gətirib çıxara bilər. Hər şeyi ona deməkməcburiyyətində deyilsiniz, sizinlə görüşmək üçün özü onsuz da planlarquracaq. Əlbəttə ki, sizi həqiqətən sevirsə...
Hər şeyibağışlamayın, çox güzəştə getməyin! Sevdiyiniz kişiyə dəyər vermək, hərzaman dəstək olmaq gözəldir. Ancaq bu, o demək deyil ki, onun bütünsəhvlərini və diqqətsizliyini bağışlaya bilərsiniz. Məqsəd vəistəklərinizi hər zaman güzəştə getməyin. Səhv hərəkətlərini dəgörməzdən gəlməyin, bunları oturub sakit şəkildə müzakirə edin. Əgəraldatdığı halda sizin onu bağışlamaycağınızı bilsə, xəyanət etməkdənqorxacaq və sizə daha çox hörmət edəcək.
Ən yaxşını seçin!Hər zaman dürüst və güvənilən insanlara qiymət verdiyinizi bilməlidir.Həyatınızda ancaq yaxın insanlara yer verdiyinizi hiss etdirin. Siz onahara getdiyinizi yalan desəniz, ondan da eyni davranışı gözləyəbilərsiniz.
Eşq qadını olun! Evlilik üçün əsasbağlılığın sevgi olduğunu düşünürsünüzsə, onun da bunu hiss etməsinitəmin edin. Onunla pul, inam, ya da şöhrət üçün birlikdə olmadığınızıhiss etdirin. Beləcə onun sizə inamı daha da artacaq.
Qaynar.info