Moldovanın paytaxtı Kişinyovda baş verən iğtişaşlar zamanı 4 polis əməkdaşı ağır yaralanıb.
Bu barədə Moldova polisinin nümayəndəsi Tamara Prokopiy bildirib.
“4 polis əməkdaşı zərər çəkib. Ağır bədən xəsarətləri alan asayiş keşikçiləri DİN hospitalına yerləşdiriliblər”, deyə T.Prokopiya qeyd edib.
Qarşıdurma etirazçıların hakim Demokratik partiyasının sədr müavini Vladimir Plaxotnyukun evi qarşısında aksiya keçirməyə cəhd etdikləri zaman baş verib.
Aksiyaçılar növbədənkənar seçki və Vladimir Plaxotnyukun cinayət məsuliyyətinə cəlb olunmasını tələb ediiblər. (apa)
Qaynarinfo.az