ABŞ və Çin arasındakı gərginlik münaqişəyə çevrilə bilər.
Qaynarinfo TASS-a istinadla xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer cümə günü "The Wall Street Journal” nəşrinə müsahibəsində
bildirib.
Nəşr şənbə günü 100 yaşı tamam olan Kissincerdən sitat gətirib:
"İnanıram ki, Çin, malik olduğu gücü nəzərə alaraq, ABŞ-ın təhlükəli potensial rəqibidir. Düşünürəm ki, bu, münaqişəyə çevrilə bilər. Bizim qlobal tarixi baxışları olan, lakin bir-biri ilə rəqabət aparan fərqli mədəniyyətlərə malik iki cəmiyyətimiz var”.
Keçmiş dövlət katibi münaqişənin səbəbinin Cənubi Çin dənizindəki "problem” ola biləcəyi barədə fikir bildirib. "Mən görmək istərdim ki, biz bunu açıq dənizlərin azadlığı prinsipi əsasında həll etmək yollarını tapa bilərikmi? Əgər bu edilməsə, toqquşmaların qarşısını almaq olmaz”, - Kissincer vurğulayıb. Eyni zamanda, o qeyd edib ki, ABŞ və Çin arasında mövcud silahları nəzərə alsaq, mümkün münaqişə "sivilizasiyanın məhvi” təhlükəsi yarada bilər.
"İndi ən vacibi iki lider arasında dialoq olacaq, bu dialoqda onlar dünyada ən təhlükəli vasitələrə sahib olduqlarına razılaşacaqlar və öz siyasətini elə aparacaqlar ki, öz qüvvələri ilə hərbi münaqişənin [ehtimalını] azaldacaqlar”, - Kissincer vurğulayıb.
Alpər
Şərhlər