Dünya 20:21 25.07.2022

Kissincer mövqeyini dəyişdi: Ukrayna ərazisini Rusiyaya verməməlidir

Ukrayna gələcək sülh danışıqlarında müharibə başlayandan bəri işğal olunmuş əraziləri Rusiyaya verməməlidir.

Qaynarinfo "Aljazeera” saytına istinadla xəbər verir ki, bu barədə ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer deyib

Henri Kissincer Ukraynaya və Qərbə münaqişəyə son qoymaq üçün gələcək sülh danışıqlarında müharibə başlayandan bəri işğal olunmuş Ukrayna ərazilərini Rusiyaya verməməyi tövsiyə edib.

Kissincer Almaniyanın ictimai yayımı ZDF-ə deyib ki, Ukrayna ərazisindən imtina etmək müzakirə mövzusu olmamalıdır. O, həmçinin Qərbi nəyin müzakirə oluna biləcəyini və nəyin isə heç bir şəraitdə müzakirə oluna bilməyəcəyini aydın şəkildə müəyyənləşdirməyə çağırıb.

Kissincer əvvəlki mövqeyini tamamilə dəyişdirərək bütün bunlar Ukrayna xalqı ilə tandemdə edilməlidir, deyə bildirib. 

Xatırladaq ki, may ayında Kissincer, Ukraynanın Rusiya ilə sülh bağlamaq üçün ərazilərini verməsini təklif etdikdən sonra prezident Volodimir Zelenski də daxil olmaqla, Ukrayna rəsmilərinin sərt reaksiyasına səbəb olmuşdu.

Nurlan Hüseynov