Xəbər lenti

Kissincer Ukraynanı NATO-ya qəbul etməyə və Krımı Rusiyaya verməyi təklif edir
Dünya10:16 18.05.2023

Kissincer Ukraynanı NATO-ya qəbul etməyə və Krımı Rusiyaya verməyi təklif edir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer bildirib ki, Kiyevin Rusiyaya qarşı ərazi iddialarının qarşısını almaq üçün Ukrayna NATO-ya qəbul edilməlidir. Qərbin əsas vəzifəsi təkcə indiki müharibəni bitirmək deyil, həm də Moskva ilə Kiyev arasında qarşıdurmanın növbəti raundu üçün ilkin şərtlər yaratmamaqdır.
Qaynarinfo xəbər verir ki, bu barədə 99 yaşlı Kissincer The Economist-ə müsahibəsində bildirib.
Onun fikrincə, sülh sazişinin istənilən variantına əsasən Rusiya Qara dəniz donanmasının yerləşdiyi Sevastopolu özündə saxlayacaq. Bununla belə, Ukrayna Rusiyanın 2014-cü ildən bəri əldə etdiyi ərazilərin bir hissəsini özündə saxlanılmasına razı olmayacaq. 1970-ci illərdə Riçard Nikson və Cerald Ford administrasiyalarında bu vəzifəni tutmuş Dövlət Departamentinin keçmiş rəhbəri bildirib ki, bu, münaqişənin yenidən başlaması üçün amil olacaq.
"Avropalıların indi dedikləri [Ukraynanın alyansdakı perspektivləri haqqında], məncə, olduqca təhlükəlidir. Çünki avropalılar deyirlər: "Biz onların NATO-da olmasını istəmirik, çünki onlar çox risklidirlər. Beləliklə, biz onları dəhşət silahlandıracağıq və onlara ən müasir silahları verəcəyik”, - Kissincer izah edir.
Eyni zamanda o, Ukraynanı "Avropada ən yaxşı silahlanmış və strateji baxımdan ən az təcrübəli liderliyə malik ölkə” adlandırıb. Bununla bağlı Kissincer Ukraynanı qorumaq və eyni zamanda cilovlamaq üçün onu NATO-ya qəbul etməyi təklif edir. O, həmçinin regionun şərq hissəsində sabit sərhəd yaratmaq üçün Avropa və Rusiya arasında yaxınlaşma təşəbbüsünün həyata keçirilməsinin zəruriliyini açıqlayıb.
Kissincer xəbərdarlıq edib ki, Rusiyanın müharibədəki məğlubiyyəti Mərkəzi Asiyada "Suriya tipli vətəndaş müharibəsi” ilə doldurulma riski ilə bağlı güc boşluğu yarada bilər. Keçmiş dövlət katibinin fikrincə, ona görə də Çin, Rusiyanın Ukraynadakı müharibədən zərərsiz çıxmasında maraqlıdır.
Eyni zamanda, Moskva ilə Pekin arasında bir-birinə instinktiv etimadsızlıq var. "Mən heç vaxt Çin haqqında yaxşı söz deyən bir Rusiya lideri görməmişəm. Mən heç vaxt Rusiya haqqında yaxşı söz deyən bir Çin lideri ilə də rastlaşmamışam”, - deyə keçmiş dövlət katibi bildirib.
O, həmçinin Çinin münaqişənin həllində iştirakını ölkənin milli maraqları ilə izah edib. "Çin bunu qismən ona görə edir ki, ABŞ-la münaqişədə olmaq istəmir. Onlar bacardıqları qədər öz dünya nizamını yaradırlar”, - Kissincer bildirib. Eyni zamanda o, ehrimal edib ki, Pekin Ukraynanın NATO-ya daxil olmasına razılıq verəcək.
Nizami Bağırov