Ukraynadakı münaqişə danışıqlarla yekunlaşmalıdır və ondan sonra vəziyyət kökündən dəyişəcək.
Qaynarinfo Rosbalt-a istinadla xəbər verir ki, bu proqnozu ABŞ-ın keçmiş dövlət katibi Henri Kissincer
paylaşıb.
"Mən hesab edirəm ki, Rusiya sonda dövlət olaraq qalacaq, Ukrayna da dövlət olaraq qalacaq və vəziyyət kökündən dəyişəcək, çünki Ukrayna NATO tərəfindən silahlandırılıb, NATO ilə sıx bağlı olub və NATO ilə müəyyən münasibətlər davam edəcək”, - Kissincer deyib.
O, Ukraynanın NATO-ya daxil olmaq təklifinin səhv olduğunu bildirib, lakin əlavə edib ki, "bu, artıq keçmişdə qalıb”. ABŞ-ın keçmiş dövlət katibi münaqişənin uzana biləcəyi ilə bağlı xəbərdarlıq edib və deyib ki, gərginliyin getdikcə artmasıyla onun "daha çox Birinci Dünya Müharibəsinə bənzəyən" bir şeyə çevrilmə riski mövcuddur.
"Ona görə də ümid edirəm ki, tezliklə NATO ölkələri sonun nə olacağı, danışıqların hansı nəticələrə gələ biləcəyi barədə bir-biri ilə razılaşacaqlar", - Kissincer bildirib.
O hesab edir ki, o zaman NATO ölkələri Rusiya ilə münasibətlər qurmalıdır ki, o, Avropanın bir hissəsi olaraq qalsın və "Çinin forpostu” olmasın.
Alpər