Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ofisi Rusiya prezidenti Vladimir Putinlə yeni telefon danışığının bəzi təfərrüatlarını açıqlayıb. Kreml daha əvvəl bildirib ki, Putin və Ərdoğan Ukrayna, Suriya, həmçinin Akkuyu AES və qaz qovşağı mövzusunu müzakirə ediblər.
Qaynarinfo "Anadolu” agentliyinə istinadla xəbər verir ki, Ərdoğan Ukrayna mövzusunu müzakirə edərkən atəşkəs və dialoqun qurulmasının tərəfdarı olduğunu
deyib. Belə ki, Türkiyə liderinin həmsöhbətinə Ankaranın iştirakı ilə Moskva ilə Kiyev arasında əvvəlki danışıqların nə qədər faydalı olduğunu xatırladıb, nəticədə "taxıl sövdələşməsi”nin əldə olunduğu, əsirlərin mübadiləsi aparıldığı bildirilir. Ərdoğan bildirib ki, dialoq Zaporojye atom elektrik stansiyasının ətrafında təhlükəsizlik zonasının yaradılmasına da kömək edib.
Eyni zamanda, o, əvvəllər dəfələrlə danışıqlara hazır olduğunu bəyan edən Rusiya tərəfinin öz mövqeyini hərəkətlərlə gücləndirməli olduğu fikrini bildirib. Kremlin sözçüsü Dmitri Peskovun bir qədər əvvəl dediyi kimi, bu söhbətdə Putin də danışıqlara hazır olduğunu, lakin Kiyevin yeni "Rusiya ərazilərini” tanıması və digər şərtlərin yerinə yetirilməsi şərtini də səsləndirib.
"Anadolu” Ərdoğanın mövqeyinə istinad edərək, "Sülh və dialoq çağırışları hərbi əməliyyatların birtərəfli dayandırılması və fikir ayrılıqlarının ədalətli həlli ilə dəstəklənməlidir”, - deyə yazıb.
Alpər