Xəbər lenti

Kiyev Almaniyadan daha çox Leopard 2 tankı istəyir: 300 tankları var...
Dünya10:04 12.06.2023

Kiyev Almaniyadan daha çox Leopard 2 tankı istəyir: 300 tankları var...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukrayna xarici işlər nazirinin müavini Andrey Melnik bildirib ki, Ukraynaya daha çox Qərb döyüş tankları, piyadaların döyüş maşınları və digər zirehli maşınlar lazımdır. O, hesab edir ki, Berlin Kiyevə artıq təhvil verilmiş 18 tankdan daha çox tank göndərə bilər. Almaniyanın ehtiyatında 300 tank var.
Qaynarinfo xəbər verir ki, bu barədə ukraynalı rəsmi Almaniyanın NTV telekanalına bildirib.
Melnikin fikrincə, Ukraynaya verilən tankların sayı "Almaniyanın özünümüdafiə qabiliyyətinə xələl gətirmədən” üç dəfə artırıla bilər. "Həlledici hücum üçün hər bir "Leopard 2” tankı sözün əsl mənasında qızıla bərabərdir”, - Andrey Melnik əlavə edib. Nazir müavini həmçinin Ukrayna ordusuna daha 60 "Marder” piyada döyüş maşınının verilməsini istəyib.
Nizami Bağırov