Türkiyənin "Fənərbaxça” klubunun azarkeşləri Avropa Liqası çərçivəsində Kiyev "Dinamo”su ilə oyun üçün Rusiya prezidenti Vladimir Putinin şəkli olan maskalar taxıblar.
İstanbul klubunun azarkeşlərinin yeni təxribatını əks etdirən fotolar Twitter-də yayımlanıb.
Şəkillərdən birində Putin maskası və "Fənərbaxça” köynəyi geyinmiş bir kişi əks
olunub.
İkinci kadrda bir qrup fanat Rusiya bayrağı fonunda şəkil çəkdirib. Üzlərində Rusiya Federasiyasının prezidenti olan maskalar taxıblar.
Bu mövsüm Çempionlar Liqasının təsnifat mərhələsində "Fənərbaxça" və "Dinamo" artıq qarşılaşıb. İki görüşün yekununda qələbəni kiyevlilər qazanıb.
Komandalar arasında İstanbulda keçirilən cavab oyunu qalmaqala səbəb olub. Həmin matçda ürkiyəli azarkeşlər Putinə dəstək şüarları səsləndiriblər. Bu hadisə nəticəsində UEFA "Fənərbaxça"nı 50 min avro cərimələyib.
Nizami Bağırov