Ukrayna ordusu Rusiya Federasiyasının qoşunlarını Kiyevdən 70 kilometr, bəzi rayonlarda isə 35 kilometr məsafəyə geri oturdub. Ukraynanın paytaxtı etibarlı əllərdədir.
Qaynarinfo Unian-a istinadla xəbər verir ki, bunu bu gün brifinq zamanı Ukraynanın Müdafiə Nazirliyinin sözçüsü Aleksandr Motuzyanik bildirib.
Nazirlik spikeri əlavə edib ki, Kiyev yaxşı möhkəmləndirilib və onun müdafiəsi ilə Ukrayna Silahlı Qüvvələrinin elitası məşğul olur.
"...Kiyevi Quru Qoşunlarının, Hava Desant Hücum Qoşunlarının, Xüsusi Əməliyyat Qüvvələrinin, eləcə də ərazi müdafiə birləşmələrinin döyüşə hazır elit bölmələri müdafiə edir. Kiyevin müdafiəsinə 2014-cü ildən Ukrayna uğrunda döyüşən təcrübəli zabitlər rəhbərlik edir...” - spiker əlavə edib.
Alpər