Xəbər lenti

Kiyev: “Merkel Ukraynanın maraqlarını Rusiyaya qurban verdi”
Dünya06:32 16.07.2021

Kiyev: “Merkel Ukraynanın maraqlarını Rusiyaya qurban verdi”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Almaniyanın kansleri Angela Merkel Ukraynanın maraqlarını Rusiyaya qurban verdi.
Qaynarinfo xəbər verir ki, bu sözləri Üçtərəfli Əlaqə Qrupunda Kiyev nümayəndə heyətinin müşaviri, Ukrayna Prezident Aparatı rəhbərinin sərbəst müşaviri Oleksi Arestoviç "Ukrayna 24” telekanalının efirində söyləyib.
Siyasətçiyə görə, Vladimir Zelenskinin Almaniyaya səfəri və Merkellə apardığı danışıqlar uğursuz olub.
Arestoviç deyib: "O danışıqlar nəticə vermədi, çünki xanım Merkel yeddi ildir dözdü, amma sonunda Rusiya lehinə Ukrayna maraqlarından bir qədər imtina etdi".
Zelenski "Nord Stream 2” qaz kəmərinin tamamlanması və "Ştaynmayer düsturu"nun tətbiqi də daxil olmaqla bir sıra məsələlərdə Merkellə "ortaq dil" tapmadı. Arestoviçə görə, həmçinin Qərb ölkələri liderləri Çinin artan təsirindən narahatdır və Rusiya ilə danışıqlara hazırdır.
Alpər