Xəbər lenti

Kiyev qarşıdurmasından CANLI YAYIM
Dünya10:44 20.01.2014

Kiyev qarşıdurmasından CANLI YAYIM

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

2 minə yaxın nümayişçi Avromaydanda barrrikada quraraq xüsusi təyinatlılarla üz-üzə dayanaraq, onlara daş atırlar

Ukraynanın paytaxtı Kiyev şəhərində toqquşmalara davam edir. ANS PRESS-in UNİAN-a istinadən verdiyi məlumata görə, 2 minə yaxın nümayişçi Avromaydanda barrikadalar quraraq xüsusi təyinatlılarla üz-üzə dayanıblar. Aksiya iştirakçıları qarşı tərəfə daş atırlar. 

Xüsusi təyinatlılar isə səs bombası ilə cavab veriblər. Aksiya iştirakçıları Viktor Yanukoviç qarşısında 5 şərt irəli sürüblər. Etirazçılar Ukrayna prezidentinə qarşı növbədənkənar parlament seçkilərinin keçirilməsi, prezident seçkiləri haqqında qanunda dəyişiklik edilməsi, Azarov kabinetinin istefaya göndərilməsi, keçici hökümətin planlaşdırılması, baş prokurorun və spikerin istefaya göndərilməsi, Zaxarçenkonun təkcə istefaya göndərməklə deyil digər formada cəzalandırılması, inqilab iştirakçılarına aministiya verilməsi şərtlərini irəli sürüblər. 

Qaynar.info