Xəbər lenti

Kiyev Qərb müttəfiqlərinə sübut etmək istəyir ki... - "Washington Post"
Dünya10:38 16.06.2023

Kiyev Qərb müttəfiqlərinə sübut etmək istəyir ki... - "Washington Post"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Kiyev Qərb müttəfiqlərinə Ukraynanın Rusiyanı məğlub etməyə qadir olduğunu sübut etmək üçün yay və payız aylarında, sərt qış başlamazdan əvvəl döyüş meydanında mühüm nailiyyətlər əldə etmək istəyir. 
Qaynarinfo xəbər verir ki, bu barədə "The Washington Post" qəzetinin məqaləsində deyilir.
"Ukrayna artıq hücumun başlanmasını gecikdirə bilməzdi", - müəlliflər Ukrayna rəsmilərinin bəyanatlarına istinadla yazır:
Jurnalistlər bununla bağlı xatırladırlar ki, iyulda NATO-nun Vilnüsdə keçiriləcək sammitində Ukraynaya gələcək dəstək məsələsi müzakirə olunacaq, iyunun 15-də Brüsseldə Ukraynaya dəstək verən 50-yə yaxın ölkənin iştirakı ilə təmas qrupunun 13-cü iclasında çıxış edən Pentaqonun rəhbəri Lloyd Ostin bildirib ki, Kiyevin "Putinin vəhşilik və fəth kampaniyasında qalib gələ bilməsi üçün” müttəfiqlər onu hərbi texnika ilə təchiz etməyə və Ukrayna Silahlı Qüvvələrinə təlim keçməyə davam edəcəklər. 
İyunun 10-da Ukrayna prezidenti Volodimir Zelenski çoxlarının səbirsizliklə gözlədiyi Ukrayna əks-hücumunun başlanğıcını elan edib. Bu əməliyyatın gedişatını şərh edən ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Mark Milli iyunun 15-də Brüsseldə bildirib ki, Ukrayna "davamlı irəliləyiş əldə edir”. "Bu, çox çətin döyüşdür. Bu, çox sərt döyüşdür və yəqin ki, uzun vaxt aparacaq və böyük itkilərlə nəticələnəcək", - o əlavə edib.
Bundan əvvəl, iyunun 12-də Ukrayna müdafiə nazirinin müavini Anna Malyar bildirib ki, əks-hücum çərçivəsində Ukrayna Silahlı Qüvvələri Donetsk və Tavriya əməliyyat bölgələrində irəliləməyə və ümumi sahəsi 90 kv.km olan ərazini azad etməyə nail olub.
"Bu iddiaların müstəqil şəkildə yoxlanılması mümkün deyil; Ukrayna ordusu jurnalistlərin cəbhə bölgələrinə çıxışını məhdudlaşdırıb, -  WP yazır. 
Nizami Bağırov