Xəbər lenti

Kiyev Qorbaçovun Avropaya girişinə qadağa qoyulmasını istəyir
Dünya14:59 22.05.2016

Kiyev Qorbaçovun Avropaya girişinə qadağa qoyulmasını istəyir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov Rusiya prezidenti Vladimir Putinin “Krım qərarı"nı dəstəkləyib və ABŞ-ı Sovet İttifaqınının dağılmasına görə “sevinməkdə” ittiham edib.
Gazeta.ru-nun məlumatına görə, "Sunday Times" nəşrinə müsahibəsində Qorbaçov bildirib ki, əgər o oxşar vəziyyətə düşsəydi, hər şeyi Putinin etdiyi kimi edərdi.
“Mən insanların öz azad iradələrini ifadə etməsinin tərəfdarıyam. Krım əhalisinin əksəriyyəti Rusiya ilə birləşmək istəyirdi”, - o qeyd edib.
Qorbaçov həmçinin Amerika Birləşmiş Ştatlarının SSRİ və Rusiyaya qarşı yürütdyü siyasəti şərh edib: “Onların Rusiyaya sabit və güclü demokratiyanın qurulmasında kömək etmək niyyəti yox idi. Onıar fikirləşirdilər ki, Rusiyanın ərazisini kiçiltdilər”.
Ukrayna Ali Radasının deputatı Anton Geraşşenko "Qovorit Moskva" radiostansiyasına müsahibəsində bəyan edib ki, Kiyev Avropadan SSRİ-nin sabiq prezidenti Mixail Qorbaçova giriş qadağasının qoyulmasını xahiş edəcək.
Virtualaz.org bildirir ki, buna səbəb Mixail Qorbaçovun Vladimir Putinin Krımın Rusiyaya birləşdirilməsi qərarına dəstək verməsidir.
Bundan başqa, Avropadan Mixail Qorbaçovu qəbul etməməsi, onun Rusiya və Ukrayna arasında nifrəti alovlandıran fonduna maliyyə dəstəyi verilməməsi istəniləcək.
Qaynarinfo.az