Xəbər lenti

Kiyev S-400-ləri aşıb Sibiri belə vura bilər... - Defense Express
Dünya15:00 08.06.2020

Kiyev S-400-ləri aşıb Sibiri belə vura bilər... - Defense Express

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ukraynanın Defense Express konsaltinq şirkətinin rəhbərliyi Amerikanın B-52H Stratofortress bombardmançılarının köməyi ilə Rusiyanı "Triumf S-400" hava hücumundan müdafiə sistemlərinin görünmə diapazonunu aşa bilən "vurma" qabiliyyətini açıqlayıb.
Qaynarinfo xəbər verir ki, Rusiya Federasiyası ilə sərhəd yaxınlığında Arktikadan keçən ABŞ Hərbi Hava Qüvvələrinin B-52H Stratofortress təyyarəsinin uçuşu barədə danışan Defense Express bu strateji bombardmançıların raket silahlanmasının S-400 zenit-raket sistemlərinin idarəetmə zonasına düşmədən hədəfləri vurmasına imkan verdiyini vurğulayıb.
"B-52H Stratofortress bombardmançı təyyarələrin qanadlı raketlərinin uçuş məsafəsi 980 ilə 1200 kilometr arasındadır. Bu, Rusiyanın Arktikada və Sibirin bir hissəsində yerləşən əsas strateji obyektlərinə zərbə vurmaq üçün kifayətdir... Rusiya Arktika hərbi bazaları da daxil olmaqla, bir neçə bölgənin həyati fəaliyyətini və Rusiya iqtisadiyyatının əhəmiyyətli bir hissəsini təmin edən Şimali Dəniz Marşrutu infrastrukturunu da bu cür vurmaq mümkündür... Bu, qısa müddət ərzində ABŞ-ın Moskva üçün strateji aviasiyasının imkanlarını nümayiş etdirən ikinci epizoddur", - şirkət bəyan edib.
Mütəxəssislər bunu Rusiyanın Triumf S-400-lərinin hədəf aşkar etmə arealının cəmi 600 kilometr olması ilə izah ediblər.
Alpər