Çərşənbə axşamı Ukrayna Kiyevin mərkəzindəki Rusiya-Ukrayna dostluq simvolu olan sovet dövrünə aid abidəni söküb.
Qaynarinfo "Reuters” saytına istinadla xəbər verir ki, bu barədə Kiyev şəhər meri
bildirib.
Postament üzərində rus və ukraynalı işçi sinfinin birlikdə sovet dövrü dostluq ordenini başları üzərinə qaldırdığı təsvir olunan heykəl 8 metr hündürlüyündədir. Abidə 1982-ci ildə Sovetlər Birliyinin yaranmasının 60 illiyi qeyd etmək üçün ucaldılmış "Xalqlar Dostluğu Tağı”nın altında yerləşir.
"Biz indi bu dostluğun nə olduğunu görürük – Ukrayna şəhərlərinin dağıdılması, on minlərlə dinc insanın öldürülməsi. Bu abidənin tamamilə başqa mənası olduğuna əmin oldum artıq”, - deyə Kiyev meri Vitali Kliçko deyib.
Kran abidəni yerindən çıxararkən ətrafa yığılmış yüzlərlə ukraynalı "Yaşasın Ukrayna” şüarları səsləndiriblər.
"Rusiya Ukraynana hücum elədi. Biz indi Rusiya ilə dost ola bilərik? O bizim ən pis düşmənimizdir, ona görə də Rusiya-Ukrayna dostluq abidəsi artıq heç bir məna kəsb eləmir”, - abidənin dizaynerlərindən biri olan Sergey Mirorodski deyib.
Kiyev meri tağın yerində qalacağını, ancaq adını dəyişib "Ukrayna Xalqının Azadlıq Tağı” olacağını bildirib.
Nurlan Hüseynov