Ukrayna hakimiyyəti Xerson vilayətinin nəzarətində olan hissəsində evakuasiya elan edib.
Qaynarinfo
xəbər verir ki, bu barədə vilayət hərbi administrasiyasının rəhbəri Aleksandr Prokudin bildirib.
"Hörmətli valideynlər, övladlarınızı təhlükə altında qoymayın, təxliyə edin. Biz sizə getmək və yeni yerdə məskunlaşmaqda kömək etməyə hazırıq”, - Aleksandr Prokudin Xerson vilayətinin Müdafiə Şurasının iclasının yekununda deyib.
Ümumilikdə Kiyevin nəzarətində olan 31 yaşayış məntəqəsinin boşaldılması planlaşdırılır. Söhbət Dnepr çayının sağ sahilində yerləşən Ponyatovka, Beregovoy, Krasnı Mayak, Olqovka, Zimovnik, Dudçan, Vesyolı və digər yaşayış məntəqələrindən gedir.
Prokudin qeyd edib ki, komendant saatı da artırılaraq, saat 20:00-dan 6:00-a qədər qüvvədə olacaq.
Alpər