Kiyevin Müstəqillik meydanında dekabrın 10-dan 11-nə keçən gecə 10 hərbçi xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna DİN-in açıqlamasında bildirilir.
“Gecə saat 4.00-da əldə olunan məlumata görə, Daxili Qoşunların 10 hərbçisi bədən xəsarətləri alıb”, deyə nazirliyin açıqlamasında bildirilir.
DİN-in məlumatına görə, etirazçılar daxili işlər orqanlarına xəsarətlər yetirərək, qalxan və qoruyucu dəbilqələri alırlar. Qaynar.info